Bəzi icra başçıları aldadır (VİDEO)
27.01.2016 714 0.0 0

Bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda dövlət başçısı çox maraqlı məqamlara toxunub.

Politoloq, millət vəkili Rasim Musabəyov “Nəzər Nöqtəsi”nin suallarını cavablandırıb.

– Demək olar ki, bu gün bütün mətbuat qurumları bu müşavirəni diqqət mərkəzində saxlayıb, əsas məqamları şərh etmədən cəmiyyətin nəzərinə çatdırıblar. Bir millət vəkili, eləcə də təcrübəli bir insan olaraq şərhlərinizlə əsas məqamları bir daha bizimlə bölüşəsiniz. Bəzən sadəcə olaraq sözləri məlumat kimi qəbul edirik. Amma onun arxasında nələr dayanıb, bunun üçün sizin kimi bir insanın şərhinə ehtiyacımız var. İlk növbədə, qeyri-neft sektorunun inkişafı hazırda böhrandan sonra ölkə üçün çox önəmli bir məqamdır.

–  Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub. Bir müddət öncə pul Azərbaycana sel kimi gəlirdi. Nəticədə daha çox o pulun xərclənməsi barədə düşünürdülər. Hesab edirəm ki, biz indi əvvəllər yatırdığımız investisiyaların səmərəliliyinin faydasını qaldırmaq haqqında düşünməliyik. Çünki yaxın iki-üç il ərzində əvvəlki kimi, sel tək Azərbaycana pul daxil olmayacaq. Cənab prezident dəfələrlə bəyan edib ki, neft gəlirləri ilə bağlı ümidlər arxa plana keçməlidir. Biz düşünməliyik ki, necə edək ki, neftsiz dövlətimizin inkişafını təmin edək?

– Nəhayət ki, bu arxa plana keçdi. Bu gün biz qeyri-neft sektoru deyəndə nədənsə məhz regionların inkişafı yada düşür. Məsələn, orada sənaye zonasının yaradılması, bu da məhz prezidentin nitqində bu öz əksini tapdı.

– Mən millət vəkili kimi paytaxtdan seçilmişəm. Bu baxımdan da regionlara o dərəcədə bağlı deyiləm. Təbii ki, bir millət vəkili, vətəndaş kimi regionların inkişafı hər birimizi maraqlandırır. 

Qeyd edim ki, biznes sahəsində fəaliyyət göstərən insanların bir çoxu icra başçısı vəzifəsinə gətirilib. Bu bir xətt idi. Əvvəla gözləri toxdur. İkincisi biznes sahəsini bilən bir adam, bu sahə ilə mşəğul olan adamlara dəstək olacaq. Lakin heç də bu hər yerdə baş vermirdi. Onların içərisində elələri də vardı ki, təyin olunub və hesab edirdi ki, indi bu rayonda bu icra başçısıdırsa, bütün bu rayonun büdcəsinin idarəçiliyi gətirdiyi komandası həyata keçirməlidir. 

Amma bu onun qarşısında qoyulan vəzifəyə tamamilə ziddir. Ya da ondan əvvəlki icra başçısının rayonda qurduğu hər hansı bir işin üzərindən xətt çəkərək, yəni onu dağıdaraq təkrarən eyni işi həyata keçirsin. Əslində bütün bunların hamısına son qoyulmalıdır. Cənab prezident yeni tikilmiş obyektin açılışını həyata keçirmək üçün hansısa bir rayona gedir. Ancaq bir müddət keçəndən sonra məlum olur ki, həmin obyekt fəaliyyət göstərmir, bağlanıb./anspress/

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar