Bəzi avtomobillərə Bakıya giriş qadağan olunur
01.05.2015 657 0.0 0

Qazeta.info Baş Dövlət Yol Polisi İdarəsinə istinadla bildirir ki, Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar cari il iyun ayının 1-dən 30-dək müddətdə yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə qeyd olunan müddət ərzində müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsınlar. 

Məlumatda daha sonra qeyd olunur ki, "ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini düzgün qiymətləndirərək, ölkəsini, xalqını sevən hər bir şəxs müraciətimizə sayğı ilə yanaşacaq, üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcəkdir." 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar