Bəyanat verildi-Neft bahalaşdı
09.04.2015 833 0.0 0

Səudiyyə Ərəbistanı neft nazirliyinin son bəyanatından sonra neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.

Qazeta/info ANS PRESS-ə istinadla xəbər verir ki, aprelin 9-na axşam saatlarına olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 1,85% bahalaşaraq 56,86 dollar təşkil edib.

WTI markalı neftin bir barrelinin qiyməti isə 1,11% bahalaşaraq 50,94 dollar olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının neft nazirinin müşaviri Əli əl-Naimi İbrahim al-Muhanna bildirib ki, dünya bazarlarında neftin qiymətinin düşməsi müvəqqətidir.

"Mən neftin qiymətinin bahalaşacağı barədə optimistəm. Hazırda dünyada siyasi, iqtisadi və energetika sahəsində hökm sürən müvəqqəti xarakter daşıyır", - deyə müşavir bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar