Bəşər Əsəddən gözlənilməz açıqlama
27.03.2015 879 0.0 0

Suriya dövlət başçısı Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti ilə dialoqa girməyə hazır olduğunu bəyan edib.

Məlumata görə, Suriya prezidenti Bəşər Əsəd bu barədə “CBS” telekanalına müsahibəsi zamanı bildirib. 

O, ABŞ ilə dialoqa hazır olduğunu, lakin ölkəsinin müstəqilliyinə təzyiq olmadan bunun baş verə biləcəyini vurğulayıb. 

“İstənilən dialoq – prinsip etibarilə müsbət bir addımdır. Əlbəttə ki, danışıqlar qarşılıqlı hörmətə əsaslanmalıdır”, – deyə B.Əsəd müzakirələrə həvəsli olduğunu açıqlayıb. 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri də bölgədə vəziyyətin nizama salınması üçün Əsədlə razılığın əldə edilmisini söyləmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar