Bəşər Əsəd istefasından danışdı
19.11.2015 640 0.0 0

Suriya prezidenti Bəşər Əsəd İŞİD üzərində qələbə əldə olunmayana qədər öz istefasını istisna edib. 

Məlumata, görə bu haqda Suriya lideri İtaliyanın Rai telekanalına məlumat verib. Prezidentin sözlərinə görə, Suriyanın bir çox ərazilərinə terrorçuların nəzarət etdiyi bir zamanda siyasi sahədə heç bir irəliləyiş ola bilməz. Əsəd terrorçular sözü altında təkcə İŞİD-çiləri deyil, hökümət qüvvələrinə qarşı çıxan silahlanmış müxalifəti də nəzərdə tutub. “Bunu istənilən ölkəyə aid etmək olar – pulemyotlardan atəş açanları müxalifət saymaq olmaz ”, - deyə Suriya prezidenti bildirib.

Əsəd əmindir ki, İŞİD üzərində qələbədən sonra, bir iki il kifayət edəcək ki, yeni konstitusiyanın qəbulu, referendum və ya partlament seçkiləri yolu ilə hakimiyyət dəyişsin. Eyni zamanda o prezident seçkilərində özünün də iştirak edə biləcəyini bildirib. 

“Bu məsələdə heç bir qaranlıq məqam yoxdur. Əgər suriyalılar tərəfindən yenidən seçilsəm onları yaxşı gələcək gözləyir”, deyə Əsəd öz fikirlərini ifadə edib. Prezident qeyd edib ki, onun hakimiyyətdə seçkilərsiz qalması siyasi səhv ola bilər.

 

Bəşər Əsədin RAİ telekanalına müsahibəsi


ABŞ prezidetni Barak Obama isə öz növbəsində Bəşər Əsədin hakimiyyətdən qetməyəcəyi təqdirdə İŞİD terrorçularının məhv edilməsinin mümkün olmayacağını bəyan edib. 

“Reuters”in məlumatına görə, Obama deyib ki, ölkədə siyasi tənzimlənmə həyata keçirilməsə terror qalib qəlmək qeyri-mümkündür. Amerikalı lider əmindir ki, Bəşər Əsədin Suriyaya rəhbərlik etdiyi bir vaxtda bu tənzimlənmə mümkün deyil. 

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, digər ölkələrin liderləri ilə Bəşər Əsədin gələcəkdə Suriyadakı siyasi proseslərin tənzimlənməsində iştirak etməməsinə dair heç bir razılıq yoxdur.


Sergey Lavrov-Rusiyanın xarici işlər naziri


Bu ilin oktyabrında isə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiyanın Bəşər Əsədi dəstkləməsi bu ölkədəki münaqişənin uzadılmasına səbəb olur. 

Bu bəyanat Rusiya prezidenti Vladimir Putinin Suriyadaki hərbi əməliyyatın əsas məqsədinin ölkədə qanuni hakimiyyətin bərpa olunanması üçün aparıldığını deməsindən sonra verilib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar