Bəşər Əsəd danışıqlardan imtina edib
16.02.2016 467 0.0 0

Səudiyyə Ərəbistanında yaradılan müxalifət terrorçular və satqınlardan ibarətdir. 
 

 “Kommersant”-a istinadən verilən məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.
 
“Elə bir ölkə yoxdur ki, terrorçularla dialoq aparmağa razı olsun. Təbii ki, bizdə cinayətkarlarla bir masa arxasında oturmaq istəmirik. Ər-Riyadda yaradılan müxalifət terrorçu və satqın yığıncağıdır. Onlar müstəqil qərar vermək iqtidarında deyillər.  Nə vaxt buna nail olsalar, o zaman da danışıqlar mümkün olacaq”, deyə B.Əsəd bildirib.
 
Onun sözlərinə görə, atəşkəs o demək deyil ki bütün münaqişə iştirakçıları silahı yerə qoyacaqlar: “Atəşkəs rejimi, ilk növbədə, terrorçuların möhkəmləndirilməsinə son qoyulmasını nəzərdə tutmalıdır"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar