Bərzani seçkiləri ləğv edir: `Müharibə istəmirik`
19.10.2017 1097 0.0 0

Şimali İraq Kürd Muxtariyyətində keçirilməsi planlaşdırılan prezident və parlament seçkiləri təxirə salınıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, muxtariyyətin ali seçki və referendum komissiyası noyabrın 1-də keçiriləcək seçkilərin təxirə salındığını açıqlayıb.


Səbəb kimi rəsmi Bağdadla yaşanan gərginlik göstərilib. Komissiya tərəfindən verilən açıqlamada prezidentlik üçün heç bir namizədin müraciət etmədiyi və seçkilər üçün yeni bir tarix müəyyənləşdiriləcəyi bildirilib.

 

Qeyd edək ki, bölgədə keçirilən "müstəqillik referendumu"ndan sonra muxtariyyətin rəhbəri Məsud Bərzani prezident və parlament seçkilərinin noyabrın 1-də keçiriləcəyini açıqlamışdı.

Bu arada muxtariyyətin baş naziri Fallah Mustafa Bakir İraq ordusu ilə müharibə istəmədiklərini vurğulayıb. O qeyd edib ki, neft yataqlarına nəzarət etmək fikirləri də yoxdur.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar