BƏƏ neft hasilatını artırmağa hazır olduğunu bildirib
10.03.2022 477 0.0 0

Birləşmiş Ərəb Əmirlikləri neft hasilatını artırmağa hazırdır.

Qazeta.info Trend-ə istinadla xəbər verir ki, bu bəyanatla BƏƏ-nin ABŞ-dakı səfiri Yusif Əl-Otaiba çıxış edib.

Bunun fonunda, dünya bazarında neftin qiymətində artım müşahidə olunmağa başlayıb. Belə ki, WTI ("Qərbi Texas") markalı neftin 1 barelinin qiyməti 1,4% bahalaşaraq 110,23 dollar təşkil edib.

 

Bundan əlavə, BƏƏ-nin energetika naziri Suheil əl-Mazroui çərşənbə günü ölkəsinin OPEC+ razılaşmasına və hasilat həcmlərinin tənzimlənməsi üçün mövcud mexanizmlərə sadiqliyini təsdiq edib.

"Birləşmiş Ərəb Əmirlikləri OPEC+-un neft bazarı üçün dəyərinə inanır" - nazir "Twitter"də bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar