Bələdiyyələrin səlahiyyətləri artırılır
04.06.2019 648 0.0 0

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Məlumata görə, qanuna yeni - 49-1-ci maddə əlavə edilir.

Əlavə olunan maddədə qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Eyni zamanda, qanunun 10-1-ci maddəsinə də əlavələr edilir. 

Belə ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar