Bələdiyyələrin büdcə məlumatlarını açıqlaması məcburiləşdirilir
02.03.2017 767 0.0 0

Azərbaycanda bələdiyyə büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitlə yerli əhalini tanış etmək məqsədilə məlumatları xüsusi lövhələrdə yerləşdirəcək.

Məlumata görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Qanuna görə, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə müstəqil auditorları cəlb edir.

Layihəyə əsasən, yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən 1 ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar