BƏƏ Fransadan 80 qırıcı, 12 helikopter alır
03.12.2021 285 0
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 80 çoxməqsədli “Rafale” qırıcısı və 12 çoxməqsədli “Caracal” əldə etməklə bağlı Fransa ilə müqavilə imzalayıb.
Bildirək ki, məlumatı “France-Presse” agentliyi yayıb.
Bildirilib ki, müqavilə Fransa Prezidenti Emmanuel Makronun Dubaya səfəri şərəfinə imzalanıb. Sənədin imzalanması mərasimində Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zaid əl-Nahyan da iştirak edib.
Məlumata görə, E.Makron dekabrın 3-4-də Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər