BƏDİİ GİMNASTİKA - yaddaqalan məqamlar
26.06.2015 540 0.0 0
Bakı 2015 çərçivəsində keçirilən bədii gimnastika yarışlarının ümumi icmalı

Bakı 2015 Avropa Oyunlarında bədii gimnastika üzrə yarışlar 17-22 iyun tarixləri arasında keçirilib. Oyunlar yeni inşa olunmuş 6.800 tamaşaçı tutumu olan Milli Gimnastika Arenasında baş tutub. Arenada keçirilən yarışlar sürpriz qələbələr, gözlənilməz çıxışlarla auditoriyanın diqqətini cəlb edib.

Bakı 2015 çərçivəsində keçirilmiş bədii gimnastika oyunları haqqında bəzi əsas məlumatlarla tanış olun:

İştirakçıların sayı - 99 gimnast Bakı 2015 Avropa Oyunlarında iştirak edib.

İştirakçı ölkələr – ümumilikdə 32 ölkənin idmançıları bu gimnastika növü üzrə yarışlara qatılıb.

Medallar – Bədii gimnastika üzrə Bakı 2015-də 24 medal oynanılıb.

 

 

TİTULLU İDMANÇILAR

 

Rusiyadan Yana Kudryavtseva – üçqat Avropa çempionu, bədii gimnastikanın bir neçə növü üzrə ikiqat dünya çempionudur.

Rusiyadan Marqarita Mamun – ikiqat dünya və Avropa çempionudur.

Ukraynadan Hanna Rizatdinova - çənbərlə rəqs üzrə 2013-cü il dünya çempionudur.

Rusiyadan Yevgeniya Kanayeva ikiqat Olimpiya medalçısıdır.

 

REKORD

 

Yana Kurdyavsteva yarışda  top, lent və gürz hərəkətləri üzrə birinciliyi əldə edərək 3 qızıl medal qazanıb.

Azərbaycan təmsilçisi Marina Durunda bədii gimnastikada lentlərlə yarışmada gümüş medal qazanıb.

 

MEDALLAR

 

Qrup çoxövçülük üzrə final:

Rusiya - qızıl
İsrail- gümüş
Belarus- bürünc

Fərdi çoxnövçülük:

Yana Kudryavtseva (Rusiya) - qızıl,
Hanna Rizatdinova (Ukrayna) – gümüş,
Melitina Staniouta (Belarus) bürünc

Fərdi həlqə finalı:

Marqarita Mamun (Rusiya) – qızıl
Melitina Staniouta (Ukrayna) – gümüş
Neta Rivkin (İsrail) – bürünc

Qrup lent finalı:

Rusiya - qızıl
Ukrayna- gümüş
İsrail - bürünc

Qrup gürzlər və halqalar:

Belarus - qızıl
İsrail- gümüş
Ukrayna- bürünc

Fərdi top finalı:

Yana Kudryavtseva (Rusiya)  - qızıl,
Hanna Rizatdinova (Ukrayna) – gümüş
Melitina Staniouta (Belarus) bürünc

Fərdi gürzlər finalı:

Yana Kudryavtseva (Rusiya) qızıl
Hanna Rizatdinova (Ukrayna) – gümüş
Melitina Staniouta (Belarus) bürünc

Fərdi lent finalı:

Yana Kudryavtseva (Rusiya) - qızıl,
Marina Durunda (Azərbaycan) -  gümüş
Salome Pazhava (Gürcüstan) – bürünc

 

MEDAL QAZANAN ÖLKƏLƏRİN SİYAHISI

 

Rusiya – 8 medal (7 qızıl, 1 gümüş)
Belarus 6 medal (1 qızıl, 1 gümüş, 4 bürünc)
Ukrayna 4 medal (3 gümüş, 1 bürünc)
İsrail 4 medal (2 gümüş, 2 bürünc)
Azərbaycan – 1 gümüş
Gürcüstan – 1 bürünc


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar