«Aztelekom»-a yeni baş direktor təyin olunub
14.03.2016 572 0.0 0

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub.
 
Məlumata görə, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.
 
Qeyd edək ki, S. Paşayev buna qədər “Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub.
 
Xatırladaq ki, bu təyinata qədər “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən “Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar