Azrbaycanlı millət vəkili AŞPA məruzəçisi seçilib
29.09.2015 519 0.0 0

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və daimi inkişaf komitəsinin toplantısı keçirilib.

Məlumata görə, komitədə gənclərin radikallaşmasının qarşısının alınması mövzusu üzrə məruzəçinin təyin edilməsi məsələsi müzakirə olunub və bu məsələni işləyib hazırlamaq üçün komitədən Assambleyanın iki parlamentarı seçilib. Onlardan biri İngiltərəli parlamentar Jeffri Donaldson, digəri isə Azərbaycanın Parlament Assambleyadakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva olub. Sevinc Fətəliyeva bu məruzənin AŞPA-nın gələn ilin iyun ayında keçiriləcək sessiyasına hazır olacağını da bildirib.

 


 
“Uşaqlar üzrə baş məruzəçi kimi bu məsələyə çox böyük marağım var idi və təbii ki, Azərbaycanda bu istiqamətdə təcrübə də kifayyət qədər çoxdur. Ona görə də bu mövzu üzrə məruzəçi olmaq arzusundaydım və səsvermə nəticəsində komitə məni həmməruzəçi qismində seçdi. İndi yəgin ki, qısa bir müddətdə bu hesabat hazırlanmalıdır. Çox guman ki, hesabat gələn ilin iyun ayına hazır olacaq və Assambleyaya təqdim ediləcək. Çünki bu mövzu gündəmdə olan və demək olar bütün Avropa ölkələrini əhatə edən məsələdir.  Xüsusilə də Yaxın Şərqdəki münaqişələri, ümimiyyətlə Avropadakı vəziyyəti nəzərə alaraq, hesab edirəm ki, bu çox faydalı bir iş olacaq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar