AZPETROL BENZİNİN QİYMƏTİNİ ENDİRDİ VƏ QALDIRDI
13.01.2015 1012 0
Qazeta.info Azpetrol Şirkətinə istinadən bildiri ki, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azpetrol Şirkəti tərəfindən Premium markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılmış və 13 yanvar 2015 ci il tarixindən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilmişdir.
30 dekabr 2014-cü il tarixli 1167-İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək Premium markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilmişdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər