ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi muxbiri Xatirə Məmmədova Füzulinin Horadiz şəhərindən son məlumatları çatdırıb. Müxbir bildirib ki, onun hazırda dayandığı ərazi əsgərlərimiz tərəfindən azad edilən Lələ təpə ərazisindən 5 km məsafədə yerləşir.
Kadrlarda yer alan səngərlərin ermənilər tərəfindən qazıldığını bildirən muxbir hazırda bu səngərlərin əsgərlərimizin əlində olduğunu diqqətə çatdırıb.
“Aprelin 5 də saat 12:00 da atəşkəs haqqında qəraraın qəbul edilməsinə baxmayaraq düşmən tərəfi yenidən atəşkəsi pozub. Atəş səsələri əvvəlki kimi intensiv olmasa da ara-sıra eşidilir. Silahlı qüvvələrimiz tərəfindən düşmən cavab atəşi ilə susudurulur” - deyə X.Məmmədova bildirib.
Əhali arasında söhbətlər apardığını söyləyən muxbir insanlarda ruh yüksəkliyinin müşahidə olunduğunu söyləyib./anspress/