«Azəryolservis» yol qazanlara qadağa qoydu
04.05.2015 634 0
Qazeta.info Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-yə istinadla bildirir ki, qurum yollarda zəruriət olmadan qazıntı işlərinin dayandırılması üçün aidiyyatı təşkilatlara müraciət ünvanlayıb.
Belə ki, “Azəryolservis” ASC qəza halları istisna olmaqla planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan, asfalt-beton örtüyü qazılaraq yeraltı komunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən may ayının 15-dən 1-ci Avropa Oyunları bitənədək müvəqqəti dayandırıldığını elan edib.
Bununla əlaqədar olaraq aidiyyatı qurumlardan anlayışlı olmaqları xahiş edilir və öz işlərini iyul ayından sonrakı dövrə planlaşdırmaqları tövsiyyə olunur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər