«Azərsun»dan qiymətlərin bahalaşması ilə bağlı- Açıqlama
19.08.2015 812 0.0 0

“Azərsun Holding” son günlər ölkənin istehlak bazarında müşahidə olunan məhsulların qiymət artımına münasibət bildirib. 


Qazeta.info -nun məlumatına görə, Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Azərsun”un bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırması ilə bağlı mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, şirkət məhsullarında cəmi 3-5 faiz bahalaşma tətbiq edilib ki, bu da bütün məhsullara aid deyil. A.Səfərov bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran, Çində yuanın devalvasiyası bu prosesə təsir göstərib. O qeyd edib ki, iqtisadi böhranla bağlı holdinqin bəzi məhsullarının qiyməti yüksəlsə də, bəzilərinin qiymətində ucuzlaşma olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar