«Azərişıq» bayram günlərində əməkdaşlarının sayını artıracaq
15.12.2015 474 0.0 0

Bayram günlərində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları növbətçi iş rejimində çalışacaq.

Qazeta.info bildirir ki, bunu Trend-ə açıqlamasında “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, havaların soyuması və elektrik enerjisinə tələbatın artmasından asılı olmayaraq, bütün abonentlər fasiləsiz olaraq elektriklə təmin olunacaq: “Bayram günlərində abonentlərin elektrik enerjisi ilə bağlı heç bir problemi olmayacaq. İstər rayonlarda, istərsə də Bakıda abonentlərin fasiləsiz elektirik enerjisi ilə təmin olunması üçün çox ciddi hazırlıq işləri görülür. Bunun üçün bütün rayonlara əlavə avadanlıqlar, ehtiyat hissələri göndərilib”.

T.Mustafayev qeyd edib ki, hər hansı problem yaranarsa, dərhal aradan qaldırılması üçün operativ qrup da işləyəcək: “Elektrik enerjisinin verilişində yarana biləcək hər hansı problemin aradan qaldırılması üçün əməkdaşlarımızın sayını artıracağıq. Həmçinin 199 saylı qəza xidmətimiz 24 saat iş rejimində abonentlərə fəaliyyət göstərəcək. Avtomobil mexanizmlərimiz yaranmış problemləri operativ şəkildə aradan qaldırmaq üçün hazır vəziyyətə gətirilib”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar