28 may tarixində evdən qaçan və Türkiyə-Suriya sərhəddində yaxalanan rusiyalı yeniyetmə Varvara Karaulova atası ilə görüşüb.
"Life-news"a istinadən xəbər verir ki, Varvara İŞİD terror qruplaşmasının nümayəndələri tərəfindən aldadılaraq bu əmələ əl atıb.
Qızı ilə görüşən Pavel Karaulov da RT-yə müsahibəsi zamanı qızının aldadıldığını deyir.
Qeyd edək ki, bu günlərdə Türkiyə - Suriya sərhəddində sərhədi qanunsuz olaraq keçmək istəyən bir qrup ələ keçirilmişdi. Yaxalanan 18 nəfərdən 4-ü kişi, 6-sı qadın, 8-i isə uşaq idi. Qrupda olanlardan 13-ünün Rusiya, 4-nün Azərbaycan vətəndaşı olduğu bildirilirdi. Azərbaycan vətəndaşlarının kimliyi açıqlanmayıb. Varvara da həmin qrupda olub. Onun axtarışlarını Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ xüsusi xidmətləri birgə aparıb./anspress/