Azərbaycanlılar Rusiyada adam oğurladı, 10 milyon istədi (VİDEO)
01.07.2015 646 0.0 0

Rusiyada azərbaycanlılardan ibarət dəstə zərərsizləşdirilib. Rusiya mətbuatına istinadla verilən məlumata görə, Moskva ətrafında tutulan dəstə iş adamının oğlunu oğurlayıb. 

Məlumata görə, cinayətkar qrup böyük iş adamlarından birinin 26 yaşlı oğlunu bir ay əvvəl paytaxt Moskvada qaçırıb. Onun ailəsindən isə girov müqabilində 10 milyon dollar tələb ediblər. 

İş adamının ailəsi dərhal bu barədə polisə məlumat verib. Polis gəncin azad edilməsi üçün xüsusi əməliyyat keçirib. Əməliyyat Moskva ətrafındakı Solnecnoqrorski rayonunda olub. Dəstə gənci bir ay ərzində məhz burada saxlayıb. 

Əməliyyat zamanı 29, 46 və 48 yaşlı 3 nəfər saxlanılıb. Onların hamısı Azərbaycan vətəndaşlarıdır. 

İş adamının oğlu adı açıqlanmayan şəxslərin ona müntəzəm olaraq işgəncə verdiyini, döydüklərini və pul ödənilməsə öldürəcəkləri ilə hədələdiklərini deyib. 

Girov saxlanılan evdə axtarış zamanı silah - tapanca, patronlar aşkar edilib. 

Hadisə ilə bağlı "İnsan oğurluğu" və "Dələduzluq" maddələri ilə cinayət işi açılıb. İndi azərbaycanlıların daha öncə də anoloji cinayət törədib törətmədikləri araşdırılır./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar