Azərbaycanlılar ermənini xilas etdi
27.06.2016 753 0
Rusiyanın Surqut şəhərində keçirilən milli mədəniyyət festivalında Ermənistan təmsilçisinin vəziyyəti qəfildən pisləşib.
İlk olaraq ona Azərbaycan nümayəndələri yardım edib. Məlumata görə, bu barədə "Ararat" mili-mədəni mərkəzinin sədri Armenak Simonyan bildirib.
"Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu bizim xalqlarımız arasındakı dostluğun bariz nümunəsi deyil? Bu onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq, qardaşlıq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin bu cür də davam edək", - deyə A. Simonyan bildirib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər