Azərbaycanlı vunderkind Rusiya telekanalında populyar verilişin qonağı olub - VİDEO
25.09.2017 680 0.0 0

Azərbaycanın Qusar şəhərindən olan və beynində kalkulyator sürəti ilə hesablama aparmağı bacaran 6 yaşlı Ruslan Səfərov Rusiyanın "Rossiya1" telekanalında "Qəribə adamlar" verilişinin bazar günü yayımlanan buraxılışının ulduzuna çevrilib.

Məlumta görə, uşaq hələ məktəbə getməsə də, asanlıqla kökaltı və faiz məsələlərini həll edir.

Ruslanın atası Fuad Səfərovun sözlərinə görə, ailə övladının bu bacarığını təsadüfən aşkar etməyib.

"Sadəcə, oğlumla çox erkən yaşlarından məşğul olmuşam. O, lap balaca olan zamandan çarpayısının yanında hərfləri və rəqəmləri asmışdıq", - ata Səfərov "Komsomolskaya pravda"ya müsahibəsində bildirib.

F.Səfərov vurğulayıb ki, onun son məqsədi oğlunun yaxşı təhsilli və ağıllı şəxs olmasıdır.

O, oğlunun indi beşinci sinif dərslikləri üzrə çalışdığını qeyd edib.

"Amma məcburi qaydada heç nə etmirik. Elə gün olur, gündə cəmi 10 dəqiqə məşğul oluruq. Əsas odur ki, bu işlə gündəlik məşğul olasan. Hazırda mətbəxdə kvadrat, üç, dörd, beş... dərəcədən köklər üzrə cədvəl asılıb. Oğlum yemək yeyəndə də onları görür, yaddaşına həkk etdirir. O, özü çalışmağa meyl edir", - F.Səfərov bildirib. Ata Səfərov oğlunun xüsusi yox, sadə məktəbə gedəcəyini də əlavə edib./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar