Azərbaycanlı vəhhabi Mosuldan terror çağırışı etdi - Video
24.12.2016 6186 0.0 0

Məumata görə, Suriya və İraqda İŞİD terrorçularının cinayətləri geniş vüsət aldıqdan sonra dünyanın bir çox ölkəsindən olduğu kimi, Azərbaycandan da vəhhabi və sələfi təriqətinə məxsus şəxslər bu cinayətlərə şərik olmaq üçün adıçəkilən ölkələrə yollandılar Bu illər ərzində yüzlərlə azərbaycanlı vəhhabi terrorçuların İŞİD tərkibində öldürülməsi ilə bağlı da kifayət qədər ciddi məlumatlar yayıldı. Hətta bəzi şəxslərin öz ailələri ilə ora getdikləri, özləri öldürüldükdən sonra ailə və uşaqlarının başsız qalmasına dair rəsmi məlumatlar da mediada açıqlandı. İŞİD-ə qoşulan bəzi azərbaycanlı vəhhabilər zaman-zaman özlərinin müraciətlərini lentə alaraq azərbaycandakı "qardaş"larını da mübarizəyə səsləyirlər. Bu dəfə isə Mosulda İŞİD-ə qoşulan azərbaycanlı vəhhabi "qardaş"larını "küfrlə mübarizə"yə çağırıb.  /Eastnews.org/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar