Azərbaycanlı milyonçu Hafiz Məmmədovun klubu əlindən alınıb. Məlumata görə, əvvəllər azərbaycanlı iş adamına məxsus olan Fransanın "Lans" futbol klubunun yeni sahibinin adı məlum olub.
Komandanın 65%-i “Atletiko" Madrid klubunun nümayəndələri İqnasio Aquillo (Madrid klubunun İdarə Heyətinin üzvü) və Migel Anhel Hilin ("Atletiko"nun baş direktoru) rəhbəri olduğu Lüksemburqun "Solferino" şirkətinə, 35%-i isə təsisçiləri erməni əsilli livanlı Jozeüf-Mari Oqurlyan və fransalı Jil Fretinye olan Britaniyanın "AmberCapital" investisiya şirkətlərinə keçib.
"Lans"ın yeni sahibləri
Bir müddət əvvəl məhkəmənin qərarı ilə “Lans” klubu azərbaycanlı biznesmen Hafiz Məmmədovun əlindən alınıb. Onun RCL Holdinq" şirkəti Fransada müflis elan edilib.
Hafiz Məmmədov 2004-cü ilin noyabr ayından etibarən “Bakı” futbol klubunun prezidentidir. O, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. 2003-cü ildən bu günədək “Baghlan Group FZCO”nun prezidenti vəzifəsində çalışır. Ailəlidir 3 övladı var./anspress/