Azərbaycanlı oliqarxın milyardlıq oteli ətrafında qalmaqal böyüyür
26.02.2016 1092 0.0 0



Antalyada azərbaycanlı milyarder Telman İsmayılova aid olan Avropanın 7 ulduzlu ən lüks oteli “Mardan Palace”in “Halk Bank”a  satılması ilə bağlı tenderin ləğvinə dair məhkəmə prosesi davam edib. Məlumata görə, hər iki tərəfin sülh barədə razılaşması vəkillər tərəfindən rədd edilib.

Daşınmaz əmlakın əlavə dəyər vergisindən azad olunmadığını bildirən “Halk Bank”ın vəkili İsmayıl Çalım bütün prosedurların qanuna uyğun olduğunu, məhkəmənin sadəcə tenderi gecikdirmək məqsədi daşıdığını bildirib.

Məhkəmə prosesi bəzi çatışmazlıqları əsas gətirərək təxirə salınıb. Milyarderin 1.4 milyard dollara inşa etdirdiyi otel borclar səbəbilə 2 noyabr 2015-ci ildə “Halk Bank”a 130 milyon dollara satılıb. Satışdan əldə olunan gəlirlərlə biznesmen köhnə borclarını bağlamağa çalışıb.

Məlum olub ki, təkcə Rusiyada Telman İsmayılovun yerli banklara 100 milyon dollardan çox borcu var. Bir vaxtlar dəbdəbəli və zəngin həyatın simvolu hesab edilən otel, indi hətta elektrik enerjisinə də qənaət etmək məcburiyyətində qalıb. İddia edilir ki, otelin yerli enerji şirkətinə borcu 2 milyonu keçib.

Otel bütün dünyanın iqtisadi böhranla mübarizə apardığı bir dövrdə təntənəli şəkildə istifadəyə verilib. Açılış üçün xüsusi olaraq təyyarələrlə tonlarla qızıl, mərmər, 242 funt beluqa kürüsü, Misirdən 9 min ton dəniz qumu otelin yerləşdiyi əraziyə gətirilib.

Açılışda Moskva meri, həmçinin kino və musiqi ulduzlarından ibarət heyət də iştirak edib. Bu ulduzların hər biri isə iddialara görə açılışda iştirak etdiklərinə görə 5 milyon dollar qonorar alıblar./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar