Azərbaycanlı «oğru»lara müharibə elan edildi
06.03.2015 778 0.0 0

"Qanuni oğru" "Şakro Molodoy" kriminal aləmə qarşı "müharibə" elan edib. 

Məlumata görə, "Ded Hasan" klanının əsas fiquru sayılan Şakro Moskvada adamlarını toplayaraq 12 nəfərdən "oğru" titulunu aldığı bildirilir. Şakronun azərbaycanlı "qanuni qorular" Quli, onun qardaşı Namik və Rafetlə Ceyhun adlı şəxsin də "oğru" adının əlindən aldığı deyilir. Bu şəxslərdən yalnız Namikin məsələsinə yenidən baxıla bilər. Bundan başqa titul almağa namizəd olan 4 kriminal avtoritetin də müraciətinə "rədd" cavabı verildiyi bildirilir. 

Qeyd edək ki, kriminal aləmdə böyük "təmizləmə" aparan Şakronun vaxtında "Ded Hasan"ın səhvlər etdiyini və onun etdiyi səhvləri aradan qaldıracağına söz verdiyi bildirilir.
/anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar