Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev CNN-in Londonda yerləşən ofisində olub.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Verilən məlumata görə, nazir Əbülfəs Qarayevin səfəri 18-20 noyabr tarixlərində baş tutub. Səfər çərçivəsində nazir Azərbaycanla sıx əməkdaşlıq edən, dünyanın nüfuzlu televiziya telekanallarından olan CNN-in Londonda yerləşən ofisini kanalın dəvəti ilə ziyarət etmiş və televiziyanın kommersiya üzrə baş direktoru Rani Raat ilə görüşüb.
Görüş zamanı nazir CNN telekanalında Azərbaycan turizmi və mədəni həyatı haqqında qısa reklam çarxlarının mütəmadi yayımı və əlavə proqramların nümayişi ilə bağlı CNN rəhbərinə öz məmnunluğunu ifadə edib.
Nazir Əbülfəs Qarayev
Daha sonra görüş çərçivəsində növbəti illərdə yayımın coğrafiyasının genişləndirilməsi, yeni strategiyanın müəyyənləşdirilməsi, müasir elektron texnologiyalarla bağlı yeni layihələrin hazırlanması üzrə fikir mübadiləsi aparılmışdır. CNN-in baş direktoru Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümidvar olduğunu deyib.
Xatırladırıq ki, Azərbaycan bir neçə illərdir dünyanın nüfuzlu televiziya kanalları olan CNN, “Euronews”, “Travel Channel”, “National Geographic”, “TV5 Monde” və s. kanallarla sıx əməkdaşlıq edir.
Kanalın kommersiya üzrə baş direktoru Rani Raat ./anspress/