Azərbaycanlı milyarderin şirkəti rekord vurdu
30.12.2015 882 0.0 0

Azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoil” şirkəti tarixində ilk dəfə rekord miqdarda neft hasil edib. 

Məlumata görə, şirkətin builki neft hasilatı 100 milyon tondur. “Lukoil”un neft hasilatı bu il 2014-cü illə müqayisədə 4,5 faiz artıb.

Şirkət ötən il hasilatını 7 faiz artıraraq 97,2 milyon tona çatdırmışdı. Həmin hasilatın 86,3 milyon tonu Rusiyada həyata keçirilib.

2016-ci ildə isə “Lukoil”un Rusiyadakı hasilatının 84 milyon ton olacağı planlaşdırılır.

“Lukoil” Rusiyanın ikinci böyük neft şirkətidir. Şirkət 1993-cü ildə Rusiya hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənaye maliyyə kompleksinə malik olan "Lukoil" şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. 


Bir müddət əvvəl "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnozlarını açıqlamışdı. 

Onun proqnozlarına görə, növbəti il “qara qızıl”ın qiyməti 42-47 dollar arasında dəyişəcək. 

Vahid Ələkbərovun fikrincə, 2017-ci ildə neftin bir barreli 60 dollara qalxa bilər. "Lukoil" rəhbəri bəşəriyyətin növbəti 40-50 il ərzində ənənəvi enerji mənbələri olan neft, qaz və kömürdən istifadə edəcəyini bildirib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar