Azərbaycanlı milyarder ad günü keçirmək üçün ada kirayələdi
04.09.2015 693 0.0 0

Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov öz yubileyini keçirmək üçün Çernoqoriyanın Sveti Stefan adasını icarəyə götürüb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Çernoqoriyanın “Vijesti” qəzeti məlumat yayıb.

Xəbərdə deyilir ki, V. Ələkbərovun qonaqları üçün park və iki çimərlik də kirayələnib. Bu zaman azərbaycanlı milyarderin yeganə tələbi olub: bu ərazilərə yalnız ad gününə dəvət olunmuş qonaqlar daxil ola və əylənə bilər, kənar şəxslər ora buraxılmamalıdır. Qəzet yazır ki, ad günü tədbirləri üçün xüsusi menyu hazırlanıb və adaya çox bahalı içkilər gətirilib. Adanın neçəyə icarəyə götürüldüyü açıqlanmır. Yalnız o məlumdur ki, adada dəbdəbəli ziyafət iki gün boyunca - sentyabrın 1-2-də davam edib.

 


Vahid Ələkbərov

“Forbes” jurnalının versiyasına görə, Vahid Ələkbərovun sərvəti 2015-ci ildə 12,2 milyard dollar təşkil edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar