ABŞ-da keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin rəqibləri müəyyənləşib.
Məlumata görə, 31 yaşlı “Altın Qurd” ləqəbli idmançının 7 potensial rəqibi var.
91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edəcək kikboksçunun rəqibləri son dünya çempionu Əsədulla Nəsibov (Rusiya), dünya ikincisi Anto Siriç (Xorvatiya), dünya üçüncüləri – Roman Şerbatyuk (Ukrayna) və Miroslav Vuyoviçdir (Monteneqro).
Bundan əlavə, Ahmed Krnyiç (Bosniya və Herseqovina), Oskar İquera (Venesuela) və Pirkka Suksi (Finlandiya) də potensial rəqiblər arasındadır.
Kikboksinqin K-1 növü üzrə keçiriləcək yarış 10 - 15 iyulda baş tutacaq. Kişilərdə 63,5 kq, 75 kq və +91 kq, qadınlarda 52 kq, 60 kq və 70 kq çəki dərəcələrində mübarizə gedəcək.
XI Ümumdünya Oyunları 7 - 17 iyulda ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) gerçəkləşəcək. Yarışda gimnastika (akrobatika, aerobika, bədii gimnastika, batutda tullanma), kamandan oxatma, çimərlik həndbolu, bilyard, boulinq, kanoe, cu-citsu, karate, muay tay, pauerliftinq, sumo, uşu kimi 30 idman növü üzrə mübarizə aparılacaq. Bəhram Rəcəbzadə 2017-ci ildə dünya çempionu olub.
Qeyd edək ki, Bəhram Rəcəbzadə 2017-ci ildə dünya çempionu olub./Report/