Azərbaycanlı iş adamı vəhşicəsinə qətlə yetirildi
17.08.2015 2334 0.0 0

Ukraynanın Xerson vilayətində Azərbaycan diasporasının rəhbərlərindən biri, 1956-cı il təvəllüdlü yaşlı Tağıyev İlham Tağı oğlu qətlə yetirilib.

Məlumata görə, İlham Tağıyevin meyiti ona məxsus “Mercedes” markalı avtomobildə aşkar olunub.

Polisin ilkin ehtimalına görə, naməlum şəxslər Tağıyeva Berislav şossesində o qaraja gedərkən hücum ediblər. Diaspora rəhbərinin başına küt alətlə 3 zərbə endirən cinayətkarlar, onu maşından çıxaraq döyüblər. Nəticədə tağıyevin 3 qabırğası sındırılıb. İ.Tağıyevi qətlə yetirdikdən sonra naməlum şəxslər onun üzərindən evinin açarlarını götürürək mərhumun evini qarət ediblər. Hazırda evdən nə qədər pul və zinət əşyasının götürüldüyü məlum deyil. 

Hadisə baş verərkən öldürülən şəxsin həyat yoldaşı və qızı Azərbaycanda olub. Mərhumun oğlu isə Ukraynanın paytaxtı Kiyevdə yaşayır.

 

Hadisə yerindən görüntü


İ. Tağıyev həmçinin iş adamı olub. O ət polufabrikatlarının satışı ilə məşğul olub. Cinayətin iş adamının biznesi ilə əlaqədar törədilməsi güman olunur. 

Faktla bağlı Ukrayna cinayət məcəlləsinin 121-ci maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb. Cinayətin açılmasına dair xüsusi operativ qrup yaradılıb. İstintaqın gedişatını Ukrayna daxili işlər nazirliyi idarəsinin Xerson üzrə rəisi Artur Merikov şəxsi nəzarətinə götürüb.

 


Artur Merikov - Ukrayna daxili işlər nazirliyi idarəsinin Xerson üzrə rəisi 


Məhkəmə - tibbi ekpertizasının nəticəsinə görə mərhum mexaniki asfiksiyada keçinib. Ekspertiza onun bədənində həmçinin bir sıra zədələrin olduğunu müəyyən edib.

İlham Tağıyev Xersonda yaşayan azərbaycanlıların mədəni və iştimai həyatında aktiv iştirak edib, həmçinin Krımdan qaçqın düşən tatarların işlə təmin olunmasına dair işlər aparıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar