Bu gün Seyid Cəfər Pişəvərinin İranda qurduğu Milli Hökumətin yarandığı gündür.
ANS TV-nin məlumatına görə, dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri hesab edilən Seyid Cəfər Pişəvərinin xatirəsi isə həmvətənlərinin daha çox cəmləşdiyi Vaşinqtonda anılıb.
Tarixə "21 Azəri Hərəkatı” ilə düşən bu siyasi mühit İkinci Dünya Müharibəsinin başlanması, Böyk Britaniya və Sovetlər Birliyinin hərbi hissələrinin İrana müdaxiləsi ilə yetişmişdi. Rza Şahin taxtının laxlaması ölkədəki demokratik mühiti də oyatmışdı. Bu milli-azadlıq hərəkatı İranda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi. Vaşinqtonda və onun ətrafında yaşayan azərbaycanlılar 70 il əvvəl yaşanan bu hərəkatın onlara hələ də milli ruh verdiyini söyləyirlər.
Pişəvərinin qurduğu hökumət fəaliyyətdə olduğu il yarımda Azərbaycan dilində məktəblər açdı, teatr yaratdı, hətta İranın milli ordusunu da formalaşdırdı. İran mərkəzi hökümətinin isə muxtar dövlətini rəsmən tanımaqdan başqa çarəsi qalmadı.
Pəhləvilərin başçılıq etdiyi şah rejiminin ordusu Azərbaycana hücum edərək 1946-cı ilin dekabrın 12-də Milli Hökümətin mövcudluğuna son qoydu. Bunun ardınca isə minlərlə azərbaycanlı qətlə yetirlib, bir o qədərdə insan sürgünə göndərilib. Sonradan Bakıda sığınacaq tapan Seyid Cəfər Pişəvər isə 1947-ci ildə müammalı avtomabil qəzasında dünyasını dəyişdi.
Pişəvəri hökumətinin addımları isə tarixə əbədi yazılıb./anspress/