Günün oyunu
Voleybol,Saat 20:00
Kişilər arasında ilkin raund yarışında A qrupunda Azərbaycanın son oyunu Polşa ilə olacaq. Bundan əvvəlki üç görüşdə uduzan Azərbaycan komandası son görüşdə bütün gücünü ortaya qoymalıdır. Lakin oyun həm də Polşa üçün böyük əhəmiyyət daşıyır.
Boks
Saat 14:15-dən
Boks üzrə yarışlar kişilər arasında 1/8 final mərhələsində davam etdiriləcək. Azərbaycan idmançılarından Elvin Məmişzadə 52 kq çəki dərəcəsində İrlandiyadan Mayls Caseylə görüşəcək. Albert Səlimovun rəqibi isə Gürcüstanı təmsil edən Otar Eronasyan olacaq.
Atıcılıq
Saat 09:00-dan
Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışının təsnifat mərhələsi olacaq. Əgər bu mərhələdə azərbaycanlı idmançılar udarsa, onların medal qazanmaq şansı da yaranacaq. Azərbaycan təmsilçiləri həmçinin dairəvi stend, həm də 50 metrdən tapança ilə atəş yarışlarına qatılacaq. Əfsanəvi İradə Aşumova ilə yanaşı, şənbə günü Nurlana Cəfərova, Emin Cəfərov, Rəsul Məmmədov və digər atıcılar da hədəfi düzgün almağa cəhd göstərəcək.
Kamandan oxatma
Saat 12:00-dan
İyunun 20-də kamandan oxatma üzrə kişilər arasında fərdi yarışlar başlayır. 1/32 seçmə mərhələsində Roman Vengerov Fransadan Lukas Daniellə görüşəcək. Aleksey Kopnin isə rusiyalı Bair Sibekdorziyevlə qarşılaşacaq.
Suya tullanma
Saat 10:00-dan
Şənbə günü suya tullanma üzrə yarışlar davam etdiriləcək. 3 metrlik tramplindən tullanma üzrə Azərbaycanı Artyom Danilov təmsil edir. Bu raundda ümumilikdə 32 idmançının yarışacağı gözlənilir.
Şosse velosipedi
Saat 12:00-dan
Qadınlar arasında şosse velosipedi idmanı üzrə yarış davam edəcək. Azərbaycandan Ülfət Nəzərli və Olena Pavluxina ölkənin şərəfini qorumağa çalışacaq.