Azərbaycanlı general Türkiyədə niyə həbs edildi?
26.02.2015 853 0.0 0

Türkiyə polisinin keçmiş istintaq şefi Ramazan Akyürek 2007-ci ildə qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkin işinə görə həbs edilib. 

Məlumata görə, işi araşdıran prokuror Gökalp Kökçünün iddiası əsasında Ramazan Akyürek Ankarada həbs edilib. 

Dindirmə zamanı qatil kimi tutulmuş Ogün Samastın "şahid" ifadələri, həmçinin qətlə sifariş verdiyi iddia edilən Yasin Hayalın həbsinin detalları gündəmə gəlib. Ramazan Akyürek dindirmə zamanı Yasin Hayalın nəyə əsasən həbs edildiyini izah edə bilməyib. Onun üzərində izləmə olub-olmamasını da xatırlamayıb. 

Yasin Hayal sonradan Türkiyə ordusunun onlarla generalının həbs edildiyi “Ergenekon” əməliyyatında açar şəxslərdən biri oldu. Azərbaycan əsilli jandarma generalı Vəli Kiçik məhz Yasin Hayalla bir tədbirdə yanaşı durduğuna görə həbs edildi. Daha sonra Türkiyə ordusunun çox sayda ehtiyatda olan hərbçisi tutularaq dövlət çevrilişinə cəhddə günahlandırıldı. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar