Azərbaycanlı deputatlar İrəvana gedir?
14.03.2015 735 0
Ermənistan mətbuatı Azərbaycan nümayəndə heyətinin İrəvana gedəcəyi ilə bağlı məlumat yayıb.
Məlumata görə, Ermənistanın "Haykakan Jamanak" qəzeti Azərbaycan nümayəndə heyətinin Avronestin Ermənistanda keçiriləcık 4-cü plenar iclasında iştirak edəcəyini iddia edib. Qəzet Azərbaycan nümayəndə heyətinin İrəvana getməsinin Türkiyə hökuməti tərəfindən xahiş edildiyini bildirir. Qəzet Azərbaycan nümayəndə heyətinin iclasda qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul olunmasının qarşısını almaq üçün toplantıya qatılacağını bildirib.
Məsələni dəqiqləşdirmək üçün Milli Məclisin mətbuat katibi Akif Təvəküloğlu ilə əlaqə saxladıq. Mətbuat katibi məlumatın heç bir əsasının olmadığını bildirdi./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər