Azərbaycanlı arvadını, sonra özünü güllələdi…- İstanbulda faciə
07.02.2022 313 0.0 0

İstanbulda ötən gün yerli vaxtla saat 16.00 radələrində 38 yaşlı Özal Toraman özəl xəstəxanalardan birində xəstə baxıcısı işləyən arvadı, Azərbaycan vətəndaşı Cemile Toramanla mübahisə edib. Türkiyə KİV-ləri xəbər verir ki, Maltepe rayonunda, 7 mərtəbəli binalardan birində yaşayan ər-arvad arasında yaranmış mübahisədə Özal Toraman əkiz qız uşaqlarını evin otaqlarından birinə qoyaraq qapını bağlayıb, daha sonra arvadına tapançadan atəş açıb. Daha sonra həmin tapança ilə özünü vuraraq intihar edib. Hadisə yerinə gələn polis və təcili yardım briqadası Özal Toramanın artıq keçindiyini görüblər, Cəmilə Toraman isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Özal Toramanın gəmi tərsanələrindən birində işlədiyi bildirilir.

Qonşular deyiblər ki, ər-arvad bir müddətdir bu binada yaşayırdı və onların arasında heç vaxt mübahisə olduğunu eşitməmişdilər. Onların arasında mübahisənin hansı səbəbdən baş verdiyi bilinmir. Ər-arvadın kimsəsiz qalan azyaşlı uşaqları qonşuların himayəsinə verilib./virtualaz.org/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar