Azərbaycanlı aktyor borca görə intihar edib
24.01.2016 1625 0.0 0

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədov özünü işlədiyi teatrın ayaqyolusundan asması barədə xəbərə münasibət bildirib.

Aktyor açıqlamasında intihara cəhd etməsini təsdiqləyib və bu addımı 15 min dollar borcu olduğu üçün atdığını dilə gətirib:

"Bu məsələnin teatra heç bir aidiyyatı yoxdur. Tanış adamlara sələmçilərdən pul götürüb vermişəm. Ümumi məbləğ 15 min dollardır. İndi də ortada qalan mənəm. Yaxşılıq etmək istədim, axırı da belə oldu. Özümü asmamışam, amma bəli, intihara cəhd etmişəm. Dərmanlar almışdım ki, içib özümü öldürüm. Sonra yaxşı yoldaşlar məni yolumdan döndərə bildilər. Sələmçilər də məndən əl çəkmirlər. Deyirlər ki, ya evini girov götürəcəyik, ya məhkəməyə verib tutduracağıq. Pulu götürüb verdiyim adamlar da demirlər ki, vermirik. Sadəcə, imkanları yoxdur. İndiyə kimi sələmçilərə ayda iki min faiz vermişik. Əməkhaqqım 170 manatdır. O pulla da borc vermək alınmır. Pulu götürəndə dilimdən "borc kağızı" almışdı, səsimi yazmışdı. Bu söhbət notariusda yox, ikimizin arasında olub. İndi də dollar qalxıb, borclular ümumiyyətlə ödəyə bilmirlər. İnsanın canı boğazına yığılanda hər şey edir".

Qeyd edək ki, aktyorun həmkarları onun özünü asdığını bildirmişdilər./Ölkə.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar