Azərbaycanlı aktrisaya Türkiyədə vəzifə verilib
04.03.2016 1686 0.0 0

Azərbaycanlı sənətkar Türkiyənin ən böyük teatrında bədii rəhbərin müavini təyin edilib.
 
Məlumata görə, azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib.
 
Bu barədə  məlumatı Məlahət Abbasova özü verib. Şəhər teatrlarının fəaliyyətinin gücləndirilməsi planları çərçivəsində bu vəzifəyə gətirilən Məlahət Abbasova verdiyi açıqlamada ona göstərilən etimaddan çox məmnun olduğunu vurğulayıb. Təyinata görə İstanbul bələdiyyə bakanlığına, bələdiyyənin mədəniyyət idarəsinin rəisi Əbdürrəhman Şənə, İstanbul şəhər teatrlarının müdiri Saleh Əflioğluna və Şəhər teatrlarının bədii rəhbəri Süha Uyğura təşəkkürünü bildirən azərbaycanlı sənətkar deyib: “Avropa və Asiya qitələrinin ən böyük sənət ocaqlarından biri olan İstanbul bələdiyyəsi  Şəhər teatrlarının 7  salonu,1000-dən artıq əməkdaşı  var. Bu cür mötəbər bir sənət ocağında bədii rəhbəri kimi məsul vəzifəyə təyin edilməyimi 25 ildən bəri bu qurumda çəkdiyim zəhmətə verilən mükafat kimi qiymətləndirirəm. Qurumda fəaliyyət göstərən yeganə azərbaycanlının   məsul vəzifəyə təyin edilməsi  də önəmli hadisə sayılmalıdır. Şəhər teatrlarının əməkdaşları ilə daima hərarətli münasibətlərimiz olub, məni burada hamı sevib,mən də öz işimə  daima məsuliyyətlə yanaşmışam. İstanbul bələdiyyəsi  Şəhər teatrlarının fəaliyyətini daha da gücləndirməyimiz üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
 
Şəhər teatrlarındakı stajı nəzərə alınaraq ən yüksək məmur statusu qazandığını da sözlərinə əlavə edən Məlahət Abbasova indiyə qədər olduğu kimi bundan sonrakı fəaliyyətində də Azərbaycan dramaturgiyasının önəmli əsərlərinin Şəhər teatrlarında tamaşaya qoyulmasında fəal iştirak edəcəyini vurğulayıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar