AZƏRBAYCANLI AİLƏ İRƏVANDAN DA QAÇDI
05.02.2015 790 0
Bir necə il öncə Ermənistana qaçmış azərbaycanlı Orucovlar ailəsi 3-cü ölkəyə gedib. "Novosti Armeniya"ya istinadla verilən məlumata görə, bunu Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib.
Onun sözlərinə görə, Orucovlar ailəssi dekabr ayında gediblər. hara getdikləri isə bilinmir.
Xatırladaq ki, 2014-cü ilin 29 yanvar tarixində 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib.
Qərb dövlətlərində sığınacaq ala bilmədiyi üçün 2014-cü il yanvarın 29-da Ermənistana keçən Cavid Orucov həmin ilin aprel ayında BBC-nin yerli müxbirinə verdiyi müsahibədə yataqxanada qaldığını, vəziyyəti qənaətbəxş olmadığı üçün bu ölkəni də tərk etmək istədiyini demişdi.//AnsPress
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər