Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız 2015-ci ilin son oyununda Moldova ilə qarşılaşıb.
9-cu dəfə üz-üzə gələn komandaların yoxlama oyunu Bakı Olimpiya Stadionunda baş tutub. Bu qarşılaşma millimizin Robert Prosineçkinin rəhbərliyi altında evdə keçirilən ilk yoxlama matçıdı.
Sonuncu dəfə 8 ay əvvəl Maltanı 2:0 hesabı ilə məğlub edən komandamız 6 matçlıq qələbə həsrətini bu oyunda sonlandırıb. Bu həm də yığmamızın Olimpiya Stadionunda keçirdiyi ikinci matçında ilk qələbəsi olub. Bununla da Robert Prosineçkinin yetirmələri ili qələbə ilə başa vurub.
Yoldaşlıq oyunu
17 noyabr
Azərbaycan – Moldova - 2:1
Qollar: Katalin Karp, 32 (öz qapısına), Ağabala Ramazanov, 49 - Aleksandr Antonyuk, 43
Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (hamısı Gürcüstan), Rauf Cabbarov (Azərbaycan)
Bakı Olimpiya Stadionu