Azərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olunub
02.12.2019 546 0.0 0

Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kollektivə təqdim olunub.

Məlumata görə, Səbinə Əliyevanı kollektivə Elmira Süleymanova təqdim edib.

S.Əliyevaya fəaliyyətində uğurlar arzulayan E.Süleymanova kollektivlə sağollaşıb.

Qeyd edək ki, Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.

Xatırladaq ki, S.Əliyeva bu vəzifəyə qədər Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar