Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb
18.02.2016 571 0
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana yola düşüb.
Qazeta.info bildirir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin fevralın 19-da Tiflis şəhərində keçirilən üçtərəfli görüşündə iştirak etməkdir.
Qeyd edək ki, bu, üç ölkənin nazirlərinin bu formatda beşinci görüşü olacaq.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər