Azərbaycanın xarici işlər naziri Gürcüstana gedib
26.11.2015 489 0
Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 26-da Tbilisi şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər