Azərbaycanın xarici dövlət borcu açıqlanıb
24.08.2017 736 0.0 0

Maliyyə Nazirliyi Azərbaycanın 01 iyul 2017-ci il tarixinə xarici dövlət borcunun həcmini açıqlayıb.

 

Qazeta.info Maliyyə Nazirliyinin məlumatına əsasən bildirir ki, 01 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,172.6 milyon ABŞ dolları (12,208.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar