Azərbaycanın təhvil verdiyi ailəni Ermənistan həbs etdi
10.03.2015 685 0.0 0

Ermənistandan sərhədi keçərək Azərbaycana gəlmiş, daha sonra geriyə qaytarılmış Qevorkyan erməni ailəsinə cinayət işi açılıb.

Məlumatına görə, Ermənistan milli təhlükəsizlik xidməti Yeqiş və Ruzanna Qevorkyanları dövlət sərhədini qanunsuz yolla keçməkdə ittiham edib.

Qevorkyan ailəsini 3 həbs cəzası gözləyir.

Xatırladaq ki, Ermənistan vətəndaşı olan 5 mülki şəxs – Yeqiş, Ruzanna, Alfred, Qayane və Petros Qevorkyan 2010-cu ilin yanvarında Azərbaycan ərazisinə keçiblər.

Ermənistan vətəndaşı Yeqiş Qevorkyanın sözlərinə görə, o, Naxçıvanın Sədərək rayonu tərəfindən erməni postunu yarıb Azərbaycan tərəfə keçib: “Bizim sərhədçilər maşında körpə uşaqların olduğunu bilsələr də atəş açdılar. Həmin vaxt qızım Qayane yaralandı. Amma biz Azərbaycan postuna çatanda mən dayandım. Onlar maşında ailəmin olduğunu görəndə bizə atəş açmadılar. Sonra sizin tərəfə keçdik”.

Qevorkyan Yeqişe həyat yoldaşı Mardanyan Ruzanna və ailəsilə birlikdə Azərbaycana keçdikləri gün 2010-cu ilin yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışdılar.

Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Təşkilat bu müddət ərzində ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu təsdiq edib. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb.

Ermənistan tərəfi isə artıq 6 aydan çoxdur ki azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmaqdan imtina edir. Onlar yaxınlarının məzarını ziyarət etmək üçün getdikləri Kəlbəcərdə girov götürülüblər. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq girovlar üzərində qondarma məhkəmə prosesi təşkil edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar