Azərbaycanın növbəti qızıl medalı
15.06.2015 730 0.0 0
Güləş üzrə çempion Mariya Stadnik: "Qələbəni mahnı oxumaqla və rəqslə qeyd edəcəyəm"

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Azərbaycan güləş ustası Mariya Stadnik qadınlar arasında ilk qızıl medala sahib oldu. 48 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarış Heydər Əliyev Arenasında keçirilib. 

Mariya Stadnik bolqarıstan güləşçisi Elitsa Yankovaya qalib gələrək çempion titulunu qazanıb. 

Bürünc medal Polşa təmsilçisi Ivona Matkovskaya və Rusiaydan Valentina İslamovaya qismət olub. 

Qaliblərə medalları Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib. 

Bununla da Azərbaycan millisinin Bakı 2015-də qızıl medal sayı 7-yə çatıb.

Təltifetmə mərasimindən sonra Stadnik keçirdiyi hissləri açıqlayıb:

Mən heç vaxt özümü bu qədər xoşbəxt sanmamışam, bu qədər fəxr etməmişəm. Açılış Mərasimində bayraqdar olmaq və daha sonra qızıl medal qazanmaq - bunu sözlə ifadə etmək mümkün deyil.-Mariya Stadnik

Çempion qeyd edib ki, yaeış vaxtl ab-hava möhtəşəm olub: "Bir an da olsa belə, Azərbaycanı təmsil etdiyim üçün peşmanlıq hissi keçirməmişəm. Qələbəni mahnı oxumaqla və rəqs edərək qeyd edəcəyəm".

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar