Azərbaycanın neft ehtiyatlarının həcmi 7 mlrd. barel təşkil edir.
Məlumata görə, bu barədə BP şirkətinin “Energetika sahəsinin icmalı - 2016” hesabatında deyilir.
Hesabatın 2015-ci ilin sonunda hazırlandığı bildirilir. Məlumata görə, Azərbaycanda sutka ərzində 841 min barel neft istehsal olunur.
Bu rəqəm 2015-ci illə müqayisədə 1% azdır. Ölkədə gündəlik neft istehlakı 99 min bareldir. Bu isə 2014-cü illə müqayisədə 1,3% azdır.
Hesabatda həmçinin deyilir ki, Qazaxıstanın neft ehtiyatlarının həcmi 30 mlrd. barel təşkil edir. Bununla belə, sənəddə qeyd edilir ki, 2005-ci ildə bu ehtiyatlar 9 mlrd. barel qiymətləndirilib. Bu ölkədə sutkada 1 milyon 669 min barel neft hasil edilir ki, bu da 2014-cü ildəki göstəricidən 1,6% azdır. Ölkənin gündəlik neft tələbatı isə 271 min bareldir ki, bu da daha əvvəlki illə müqayisədə 5,4% azdır.
Rusiyanın neft ehtiyatları isə 102,4 milyard barel təşkil edir. Ən böyük neft ehtiyatı (300,9 milyard barel) olan dövlət isə Venesueladır. Səudiyyə Ərəbistanının neft ehtiyatları 266,6 milyard, ABŞ 55 milyard, Çinin 18,5 milyard, Kanadanın 172,2 milyard, İran, İraq və Küveytın isə 157,8 milyard barel qiymətləndirilir.
Ən böyük neft istehlakçılarından biri olan ABŞ gündəlik neft istehlakını 1,6% artıraraq 19 mln. 396 min barelə, Çin isə 6,3% artıraraq 11 mln. 969 min barelə yaxınlaşdırıb./anspress/