Azərbaycanın əməkdar artisti vəfat edib
14.08.2017 1122 0.0 0

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar artisti Mərdan Feyzullayev 2017-ci il avqust ayının 13-də ömrünün 58-ci ilində vəfat edib.

 

 

 

Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən bildirir ki, Mərdan Feyzullayev 1959-cu il fevral ayının 3-də Şəki şəhərinin Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnctitutunun “Dram və kino aktyorluğu” fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun «Rejissorluq” fakültəsində təhsil almışdır.

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev, 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş  rejissor vəzifəsində işləmişdir.

M.Feyzullayev müxtəlif illərdə Şəki teatrında M.F.Axundzadənin “Hacı Qara” dramında Xudaverdı, U.Şekspirin “Romeo və Cülyetta” faciəsində Paris, K.Çapekin “Ağ xəstəlik” əsərində Professor, K.Morlonun “Böyük Teymurləng” tarixi dramında Çingiz xan, C.Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” əsərində Pristav, B.Vahabzadənin “Dar ağacı” dramında Ibn Süheyl, N.Dumbadzenin “Ağ bayraqlar”ında  Meburişvili və s.bu kimi obrazlar yaratmaqla yanaşı həmin teatrda C.Məmmədquluzadənin “Dəli yığıncağı” və “Danabaş kəndinin məktəbi”, H.Cavidin “Iblis”, N.Dumbadzenin “Ağ bayraqlar”, M.Bulqakovun “Ustad və Marqarita”, B.Vahabzadənin “Dar ağacı”, Ə.Nesinin “Sən Qara deyilsən”, İ.Drutsenin “Kürən yabı”, S.Vannusun “O şah ya qeyrisi, şah elə şahdır”, Ç.Aytmatovun “Əsrə bərabər gün”, S.Qədirzadədənin “Gurultulu məhəbbət”, Anarın “Təhminə və Zaur”,    M.Bayciyevin “Duel”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, R.Xəlilzadənin “Meşəbəyi”, S.Vurğunun “Vaqif” tamaşalarına maraqlı quruluşlar vermişdir.

Mərdan Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən «Dərviş» Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi. Rusiyada yaşayarkən sənətçi “Na Perovskoy” Moskva Dram Teatrında “Göydən üç alma düşdü”,  Simonov  adına Moskva Dram Teatrında E.Fedotovun “Moskvasayağı reinkornasıya”, Moskva “Kölgə” Teatrında “Gözə  görünməz yollar ilə...”, Moskva Komediya Teatrında Ə.Nesinin “Öldür məni, əzızım!”, S.Vannusun “O şah ya qeyrisi” , S.Mrojekin “Serenada”, Moskva “Zümrüd  quşu” Teatrında Y.Kimin “ Bataqlıqdakı möcüzələr”, Yerşovun “Qozbel at”,  R.Kiplinqin  “Fil  balası”, V.Rabadanın “Balaca mələk”, E.Şvartsın “Kralın yeni libası”, V.Qaufun “Soyuq ürək”, K.Qotsinin “Qarğa”, E.Uspenscinin “Sehirsaz Bəhram”, Mockva  Azərbaycan “Dərviş” Teatrında M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, Elçinin “Şekspir”, B.Vahabzadənin “Gülüstan”, Ü.Hacıbəylinin “Arşin mal alan”, N.Gəncəvinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı” kimi janr etibarilə rəngarəng tamaşalar hazırlamışdır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar