Azərbaycanın keçmiş dövlət müşaviri vəfat edib
05.10.2017 662 0
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri, Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl dünyasını dəyişib.
Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, bu barədə onun oğlu Toğrul İsmayıl məlumat verib.
R.İsmayıl uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.
Qeyd edək ki, İsmayılov Rafiq İsmayıl oğlu 1939- cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olub.
1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin humanitar məsələlər üzrə dövlət müşaviri işləyib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər